İranda əxlaq polisinin Məhsa Əmini adlı gənc qadını (ikinci adı Jina) öldürməsinə etirazlar səngimir və hazırda ölkənin azı 24 ostan və 36 şəhərində nümayişlər keçirilir.
Aksiyalarda qadınlar xüsusi fəallıq göstərirlər.
Onlar İslam Respublikasının siyasətinə və məcburi hicabın tətbiqinə etiraz əlaməti olaraq hicablarını çıxarırlar.
Hicabsız yarışan iranlı idmançıdan xəbər yoxdur
Sosial şəbəkələrdə gənc qadınlar təzyiqlərə baxmayaraq, qorxusuz şəkildə dəyişiklik arzusunu ifadə edirlər.
İranlı sosioloq Hüseyn Qaziyan deyir ki, etiraz üçün sosial mediadan istifadə əsas faktorlardan birinə çevrilib; eyni zamanda, dəyişiklik üçün başqa şansın olmamasının tamamən dərk edilməsi də mühüm rol oynayıb:
“Bu nəsil daha müasirdir, yaşadıqları dünyadan xəbərdardır. Onlar fərqinə varıblar ki, həyatı başqa cür də yaşamaq olar. Rejimdən ümidlərini kəsiblər və bu onlara cəsarət verir”.
16 yaşlı video bloqçu Sarina İsmayılzadə də “YouTube” kanalındakı paylaşımında cəsarət nümayiş etdirib:
“Biz İrandan kənardakı həyatdan xəbərsiz olan 20 il əvvəlki nəsil kimi deyilik. Özümüzdən soruşuruq ki, niyə biz New Yorkdakı və ya Los-Ancelesdəki yeniyetmələr kimi əylənə bilmirik”.
Dünyanın hər yerində qadınlar sosial şəbəkələrdə saçlarını kəsmələrinin əks olunduğu görüntülər yayaraq İran hökumətinə etiraz edirlər. Nümayişlər İranın əxlaq polisi tərəfindən həbs edilən Məhsa Əmininin həbsdə ölməsindən sonra başlayıb. Saç kəsdirən etirazçılar arasında məşhurlar da var. Lakin
“Təbriz Universitetində tələbələrlə görüşümdə onlar məhdudiyyətlərdən təngə gəldiklərini mənə açıq bildirirdilər. 20 il sonra Təbrizdə yenidən oldum, şəhərdə əhval-ruhiyyənin eyni olduğunu hiss etdim. İnsanlar haqlarını tələb edirlər. İran müxtəlif etnik qrupların yaşadığı ölkədir. Bu ölkədə təlatümlər mərkəzdənqaçma meyllərini gücləndirə bilər. Tehran bunu anlayaraq islahatlara başlamaq əvəzinə, repressiya aparatını gücləndirməyə qərar verib. Bunun yanlış qərar olduğu aşkardır”.
Hadisələr fonunda İranda internetə məhdudiyyət tətbiq edilib. Bunu ölkənin rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur da təsdiqləyib. Eyni zamanda “Anonymous” beynəlxalq haker qrupu İran Mərkəzi Bankın saytını sındıraraq veb-səhifədə aşağıdakı məzmunda məlumat yerləşdiriblər: “Qana bələnmiş bu puldan istifadə edə bilməyəcəksiniz. Yaşasın azad İran!” Bundan başqa, ölkənin Mədəniyyət və İslami İrşad Nazirliyinin internet saytı da sıradan çıxarılıb.
Xatırladaq ki, ötən gün İranda güney azərbaycanlı fəal Məleykə Qaragözlü 4 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi.
Son günlər İranda vəziyyət gərgin olaraq qalır. Sentyabrın 13-də hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü kütləvi etirazlara səbəb olub. Gənc qızın
İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü etirazlara səbəb olub. Bu hadisə əxlaq polisini diqqət mərkəzinə çəkib. Onun yaranması və fəaliyyəti barədə nə məlumdur?
İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü etirazlara səbəb olub, qadınlar sərt geyim qaydalarına və onu tətbiq edənlərə qarşı müqavimət əlaməti kimi hicablarını yandırırlar.
Qəşti İrşad (İrşad patrulları) İslam əxlaqına və “düzgün” geyim qaydalarına nəzarət edən xüsusi polis bölmələridir.
Ölkənin şəriət təfsirinə əsaslanan qanunlarına görə, qadınlar öz bədənlərini göstərməmək üçün uzun, geniş paltar geyinməli və saçlarını örtməlidirlər.