Alış-veriş kartı

Yaxın

No products in the cart.

Filtr

yaxın

İranda bu, sonun başlanğıcı ola bilər

“Təbriz Universitetində tələbələrlə görüşümdə onlar məhdudiyyətlərdən təngə gəldiklərini mənə açıq bildirirdilər. 20 il sonra Təbrizdə yenidən oldum, şəhərdə əhval-ruhiyyənin eyni olduğunu hiss etdim. İnsanlar haqlarını tələb edirlər. İran müxtəlif etnik qrupların yaşadığı ölkədir. Bu ölkədə təlatümlər mərkəzdənqaçma meyllərini gücləndirə bilər. Tehran bunu anlayaraq islahatlara başlamaq əvəzinə, repressiya aparatını gücləndirməyə qərar verib. Bunun yanlış qərar olduğu aşkardır”.

Gənc qadının hicaba görə öldürülməsi: İranda etirazlar güclənir

Hadisələr fonunda İranda internetə məhdudiyyət tətbiq edilib. Bunu ölkənin rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur da təsdiqləyib. Eyni zamanda “Anonymous” beynəlxalq haker qrupu İran Mərkəzi Bankın saytını sındıraraq veb-səhifədə aşağıdakı məzmunda məlumat yerləşdiriblər: “Qana bələnmiş bu puldan istifadə edə bilməyəcəksiniz. Yaşasın azad İran!” Bundan başqa, ölkənin Mədəniyyət və İslami İrşad Nazirliyinin internet saytı da sıradan çıxarılıb.

Xatırladaq ki, ötən gün İranda güney azərbaycanlı fəal Məleykə Qaragözlü 4 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi.

İranın əxlaq polisi kimdir?

İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü etirazlara səbəb olub. Bu hadisə əxlaq polisini diqqət mərkəzinə çəkib. Onun yaranması və fəaliyyəti barədə nə məlumdur?

İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü etirazlara səbəb olub, qadınlar sərt geyim qaydalarına və onu tətbiq edənlərə qarşı müqavimət əlaməti kimi hicablarını yandırırlar.

Qəşti İrşad (İrşad patrulları) İslam əxlaqına və “düzgün” geyim qaydalarına nəzarət edən xüsusi polis bölmələridir.

Ölkənin şəriət təfsirinə əsaslanan qanunlarına görə, qadınlar öz bədənlərini göstərməmək üçün uzun, geniş paltar geyinməli və saçlarını örtməlidirlər.

Daxil ol

Şifrəni unutmusunuz?

Hesabınız yoxdur? Qeydiyyatdan keçin

Şifrəni unutmusunuz?

Hesab məlumatlarınızı daxil edin və biz sizə parolunuzu sıfırlamaq üçün link göndərəcəyik.

Parol sıfırlama linkiniz etibarsız və ya vaxtı keçmiş görünür.

Daxil ol

Gizlilik Siyasəti

Kolleksiyaya əlavə edin

Kolleksiya yoxdur

Burada əvvəllər yaratdığınız bütün kolleksiyaları tapa bilərsiniz.

Ask ChatGPT
Set ChatGPT API key
Find your Secret API key in your ChatGPT User settings and paste it here to connect ChatGPT with your Tutor LMS website.